AQTA: "Abşeronda fəaliyyət göstərən ulaq təsərrüfatı dövlət qeydiyyatına alınmayıb"

AQTA:

Abşeron rayonu ərazisində fəaliyyət göstərən ulaq təsərrüfatının Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) qeydiyyatdan keçməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqəti əks etdirmir.

Aktual.az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq AQTA-dan bildirilib ki, sözügedən təsərrüfat qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt kimi dövlət qeydiyyatına alınmayıb. Məlumatda qeyd olunub ki, agentliyin əməkdaşları tərəfindən həmin təsərrüfatdan götürülmüş süd nümunələrinin müayinələri zamanı məhsulda bakterioloji çirklənmə aşkar edilib: "Məlum olub ki, uzunqulaq təsərrüfatının fəaliyyəti sanitar-gigiyenik normalara uyğun qurulmayıb. Bununla bağlı sahibkara həmin təsərrüfatda süd istehsalının və emalının dayandırılması və yalnız qanunvericilikdə tələb olunan tədbirlər həyata keçirildikdən sonra fəaliyyətə başlamaq üçün Agentliyə müraciət olunmasın dair məktub ünvanlanıb".
 
Aktual.az
Xəbər 255 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR