Aprel şəhidi anıldı - Pirallahıda

Aprel şəhidi anıldı - Pirallahıda

Ölkə başçısı cənab Ilham Əliyevin sərəncamı ilə yeni rayon statusu almış Pirallahıda yenidənqurma və abadlaşdırma işləri surətlə davam etdirilir.
 
Yeni körpünün tikilməsi, yolların və binaların təmir olunması, həmçinin iri infrastrukturlu layihələrin həyata keçirilməsi üçün görülən işlər, bu rayonda insanların rahat yaşamasına hesablanmışdır. Üstəlik, Cənab prezidentin idmana olan diqqətini gözəl anlayan rayon rəhbərliyi bu sahənin də inkişaf etdirilməsində maraqlıdı. Vaxtaşırı idman tədbirləri və turnirləri təşkil edən rəhbərlik bu gün də diqqət mərkəzinə düşüb. 
 Keçən ilin aprelində şəhid olmuş rayon sakini Mehraliyev Sərvanın xatirəsinə həsr olunmuş Karate-Koşiki idman növü üzrə turnir təkil olunub. Turnirdə rayon idmançılarıyla yanaşı digər rayon və qəsəbələrin idmançıları da qüvvəsini sınayıb. Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Icra Hakimiyyətinin nümayəndələri, Mərkəz rəhbərliyi və idman ustası-baş hakim Nazim Mövsümzadə girişdə çıxış edib, şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edim ki, Pirallahı rayon statusu aldıqdan sonra dünya və Avropa çempionu, 2-ci dan qara kəmər ustası Nazim Mövsümzadəyə yaradılmış şəraitdən sonra bu rayonda insanların idmana olan marağı daha da artıb. Hətta balaca yaşlıların da bu idmana maraq göstərməsi və uğur qazanması məhz Nazim müəllimin səylərinin nəticəsidir. Bir ildir bu idmanın sirrlərini öyrənməyə çalışan Murad Qədimlinin bu müddətdə qazandığı uğurlar bunu deməyə əsas verir. Fevral ayında keçirilən turnirdə sarı kəmər qazanan 8 yaşlı Murad bu dəfə də medalsız qalmayıb. Turnirin ikincisi olan Qədimli gümüş medalla kifayətlənib. Təbii ki, bu yaşda yeniyetmələrin belə turnirlərdə iştirakı və uğurunun səbəbkarı başlıca olaraq müəllimidir. O müəllim ki, rayonda hər bir gənc onun tıləbəsi olmaq, Onun qazandığı uğurları qazanmaq istəyir. Bu yolda Nazim müəllimə və bütün idmançılara uğurlar arzulayırıq...
 Qeyd edim ki, turnirin sonunda qələbə qazanmış idmançılar diplom və medallarla təltif olunub. 
           
Aktual.az
Xəbər 618 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR