"Apple"nin rəhbəri şirkətin 280 min səhmini ala bilər

  • DÜNYA

 "Apple"nin baş direktoru Tim Kuk şirkətin təqribən 120 milyon dollarlıq səhmini ala bilər.


"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü "Bloomberg" məlumat yayıb.

Kuk "Apple" korporasiyasının rəhbəri kimi payına düşən 280 min səhmi əldə edəcək. Eyni zamanda o, əgər şirkət səhmlərinin gəlirliliyi son üç il ərzində fond bazarında S&P 500 indeksinə daxil olan şirkətlərin analoji göstəricilərinin üçdə ikisini üstələyəcəyi təqdirdə, əlavə olaraq 280 min səhm də ala bilər. Qiymətli kağızların ümumi dəyəri 120 milyon dollar təşkil edə bilər.

Hazırda Kukun sərvəti 700 mln. dollara çatır.

 
Aktual.az
Xəbər 309 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR