“Apple” yeni modelləri sentyabrda təqdim edəcək - Naqilsiz enerji yığacaq

“Apple” yeni modelləri sentyabrda təqdim edəcək - Naqilsiz enerji yığacaq
  • DÜNYA

Texnologiya nəhəngi "Apple” yeni "iPhone” modelləri və "Apple Watch” saatlarını sentyabrın 12-si təqdim edəcək.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, təqdimat mərasiminin Kupertino şəhərində Stiv Cobs adına teatrda keçirilməsi planlaşdırılır.
Təqdimat mərasimdə "iPhone 8”, "iPhone 7s”, "iPhone 7s Plus” və "Apple Watch 3” smart saatları və yeni "Apple TV” teleqəbuledicilər təqdim olunacaq. Bundan başqa şirkətin iyun ayında elan verdiyi "iOS 11”, "macOS”, "High Sierra”, "watchOS 4”, "tvOS 11” əməliyyat sistemlərini də üzə çıxaracağı gözlənilir.
Həmişəki kimi hər kəsi daha çox maraqlandıran "iPhone 8” modelidir. Şayiələrə görə, bu modelə yeni xüsusiyyətlər əlavə olunub. Smart-fonun üzərindəki ənənəvi düymə isə ləğv edilib. Bu düyməni displeyin üzərindəki ikonlardan biri əvəz edəcək. Displeyin həcmi isə 5.8 düym təşkil edir. Smart-fon sahibinin üzünü tanıyacaq. Yeni modelin ən üstün cəhətlərindən biri onun naqilsiz, WiFi sistemi ilə enerji təchiz etməsidir.

Xəbər 278 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR