Amerikalı erməni külli miqdarda dələduzluqda ittiham olunur

Amerikalı erməni külli miqdarda dələduzluqda ittiham olunur
  • DÜNYA

Kaliforniyanın Santa Anada şəhərinin federal məhkəməsi tərəfindən dələduzluqda ittiham edilən Qlandeyl şəhər sakini Haqop Zakaryan özünü təqsirkar bilib.

"Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu il noyabrın 18-ə təyin olunan son qərarla müttəhim 30 ilədək həbs cəzasına məhkum edilə bilər.
Müttəhimin verdiyi ifadəyə görə, bank meneceri işləyərkən oğurladığı sənədlər vasitəsilə bankın müştəriləri pozuntu şübhəsi ilə dondurulan hesabları açır və buna görə ona külli miqdarda nağd pul verirmişlər. Prokurorların iddiasına görə, belə əməliyyatların təkcə birinə görə Zakaryan 3 min dollar "qazanıb”, hesabdan isə 30 min dollaradək vəsait çıxarılıb.
Bununla yanaşı, saxta vergi bəyannamələr vasitəsilə əldə edilən pulları "yumaq” üçün yüzlərlə bank hesabları açılır, bunun üçün də saxta şəxsiyyət vəsiqələri və saxta Ermənistan pasportları istifadə edilirmiş. Bu yolla da Zakaryanın iştirak etdiyi kriminal şəbəkə 14 milyon dollaradək vəsait mənimsəyib.




Xəbər 276 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR