AMEA: Ay tutulması baş verəcək

AMEA: Ay tutulması baş verəcək

"Bu il iyulun 27-dən 28-ə keçən gecə Ay tutulması baş verəcək”.
 
Bunu APA-ya Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib.
O bildirib ki, Ay tutulması Bakı vaxtı ilə saat 22:24:27-də başlayıb, saat 00:21:44-də maksimumda olacaq və saat 02:19:00-da sona çatacaq.
Direktor müavininin sözlərinə görə, Ay tutulması Azərbaycan ərazisində tam müşahidə olunacaq və həmin tarixdə Mars-Yer qarşıdurması hadisəsi də baş verəcək.
X. Mikayılov qeyd edib ki, Ay tutulması Yerin ekvatorial zonasında baş verəcək: "Bu Ay tutulması mərkəzi tutulma adlanır. Yəni, Ay kölgənin mərkəzindən keçəcək”.
Qeyd edək ki, 2018-ci ildə ilk Ay tutulması 31 yanvarda baş verib.
 
Aktual.az
Xəbər 241 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR