Almaniyanın XİN başçısı Türkiyəyə səfər edəcək

Almaniyanın XİN başçısı Türkiyəyə səfər edəcək
  • DÜNYA

Almaniyanın xarici işlər naziri Hayko Maas sentyabrın 5-6-da Ankaraya rəsmi səfər edəcək.

Bu barədə "Report" Türkiyə KİV-inə istinadən xəbər verir.
İkigünlük səfər çərçivəsində nazir Türkiyə nümayəndələri ilə əlaqələrin inkişafı və regional məsələləri müzakirə edəcək. O cümlədən H.Maasın türkiyəli həmkarı Mövlud Çavuşoğlu, eləcə də bir sıra digər türkiyəli rəsmilərlə görüşlər keçirəcəyi planlaşdırılır.
Daha sonra hər iki diplomat yerli Alman məktəbinin 150 illik yubileyinə qatılmaq üçün İstanbula gedəcək.
Qeyd edək ki, sentyabrın 28-29-da da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya səfər edəcək.
 
Aktual.az
Xəbər 459 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR