Almaniyada koronavirusdan ölənlərin sayı 4,4 mini ötdü

Almaniyada koronavirusdan ölənlərin sayı 4,4 mini ötdü

Almaniyada daha 110 nəfər koronavirusun qurbanı olub.

Aktual.az  "Report”a istinadən xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.
Almaniyada virusdan ölənlərin sayı 4 404-ə çatıb.
Yoluxma faktlarının sayı da daha 1 775artaraq 141 672-yə yüksəlib. 
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 407 000-i ötüb. Bunların 625 202 nəfəri sağalıb, 165 073 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər 387 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR