Almaniyada koronavirusa yoluxanların sayı 156 mini ötdü

Almaniyada koronavirusa yoluxanların sayı 156 mini ötdü

Almaniyada ötən sutkada 1 144 nəfərə koronavirus diaqnozu qoyulub.

Aktual.az  "Report”a istinadən xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.
Almaniyada qeydə alınan yoluxma hallarının sayı 156 337-yə yüksəlib.
Bundan başqa, koronavirusdan ölənlərin sayı daha 163 nəfər artaraq 5 913-a çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 064 000-i ötüb. Bunların 922 624 nəfəri sağalıb, 211 611 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər 394 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR