Almaniyada 95 yaşlı nasist 36 min insanın ölümündə ittiham edilir

Almaniyada 95 yaşlı nasist 36 min insanın ölümündə ittiham edilir
  • DÜNYA

Berlin Prokuroluğu keçmiş SS-çi, 95 yaşlı Verner Q-ni Mauthauzen konslagerində 36 min insanın ölümündə iştirakçı bilərək, ona qarşı ittiham irəli sürüb.

Bu barədə "Report" "Bild" tabloidinə istinadən xəbər verir.
Bildirilir ki, o, İkinci Dünya Müharibəsi illərində, Avstriyada Mauthauzen əsir düşərgəsində SS bölməsinin mühafizəçisi işləyib. Verner Q. indi Berlində yaşayır. Hazırda Berlin məhkəməsi ittiham həbsi barədə qərarı təsdiqləməlidir.
Qeyd edək ki, SS üzvləri İkinci Dünya Müharibəsi illərində faşist əsir düşərgələrində saxlanılan yəhudilərə, slavyanlara, qaraçılara, eləcə digər xalqlara, habelə siyasi baxışlı antifaşistlərə, o cümlədən kommunistlərə, sosial demokratlara qarşı qəddarlıqları ilə seçiliblər.
Mauthauzen konslageri 1938-ci ildə Avstriyanın faşist Almaniyasına hərbi yolla birləşdirilməsindən dərhal sonra inşa edilib.
Daha əvvəl Ştutqart Prokurorluğu "Auşviç-Birkenau" konslagerinin keçmiş mühafizəçisi, SS-in üzvü olmuş 94 yaşlı digər şəxsə qarşı ittihamlar irəli sürüb. O, 13335 nəfərin ölümündə iştirakçı sayılır. 
 
Aktual.az
Xəbər 330 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR