Almaniyada 7 417 nəfər koronavirusdan öldü

Almaniyada 7 417 nəfər koronavirusdan öldü

Almaniyada son sutka ərzində 357 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olsa da həyatını itirib.

Aktual.az  "Report”a istinadən xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.
Qeyd edilir ki, epidemiyanın başlanğıcından ölkədə COVID-19-a 169 575 yoluxma halı aşkar edilib, 7 417 ölüm qeydə alınıb.
Bununla yanaşı, koronavirusa yoluxmuş 145,6 mindən çox pasiyent sağalıb.
Ən çox yoluxma halları Bavariyada aşkarlanıb. Burada 44 368 şəxsdə COVID-19 aşkarlanıb.
Eyni zamanda Şimali Reyn-Vestfaliyada 35 132 nəfər virusa yoluxub. Pandemiyanın geniş yayıldığı ərazilər siyahısında Baden-Vürtemberqin (33 190yoluxma) də adı var. Berlində 6 272yoluxma qeydə alınıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Xəbər 316 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR