Alanyada Azərbaycan imzası: gənc dirijor beynəlxalq səhnəni fəth etdi

Alanyada Azərbaycan imzası: gənc dirijor beynəlxalq səhnəni fəth etdi

Aprelin 5-dən 12-dək Türkiyənin Alanya şəhərində "Caspi Art Sanat” I Beynəlxalq İncəsənət müsabiqə-festivalı keçirilib.
Aktual.az xəbər verir ki, sözügedən müsabiqədə Azərbaycandan iştirak edən Afaq Vəliməmmədova "dirijorluq” nominasiyası üzrə uğurlu çıxışı ilə 1-ci yerə layiq görülüb.
Festivalda Azərbaycan, Türkiyə, Rusiya, Rumıniya və Qazaxıstan daxil olmaqla ümumilikdə 7 ölkəni təmsil edən musiqiçilər iştirak edib. Tədbir çərçivəsində müxtəlif istiqamətlər üzrə ustad dərsləri təşkil olunub. Həmçinin Afaq Vəliməmmədova xor dirijorluğu sahəsində keçirilən ustad dərslərinə də qatılıb.
O, gənc musiqiçilər arasında seçilən simalardan biri kimi yadda qalıb.
Dirijor Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasını bitirib. Hazırda Bakı şəhər 24 nömrəli Onbirillik Musiqi Məktəbində pedaqoji fəaliyyətlə məşğul olur.
Qeyd edək ki, Afaq Vəliməmmədova müxtəlif beynəlxalq müsabiqələrin laureatıdır. 2025-ci ilin oktyabr ayında Qazaxıstan və Azərbaycanın birgə təşkilatçılığı ilə Bakıda gerçəkləşən "Talanttar Alemi” beynəlxalq müsabiqəsində dirijorluq nominasiyası üzrə 3-cü yerə sahib olub. Bu ilin fevral ayında isə "Cantilena” adlı X beynəlxalq musiqi müsabiqəsində uşaq xor kollektivinin rəhbəri kimi 1-ci yerə, "Andantino” adlı X beynəlxalq musiqi müsabiqəsində isə "dirijorluq” nominasiyası üzrə 1-ci yerə layiq görülüb.




Xəbər 59 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR