Akvaparkda faciə: 226 nəfər yaralandı - FOTO

Akvaparkda faciə:   226 nəfər yaralandı - FOTO

Tayvanın Sinbey şəhərində yerləşən "Formosa Fun Coast" akvaparkında keçirilən "Color Play Asia" boya bayramındakı partlayış, sonra da yanğında 1 nəfər həlak olub, 226 nəfər yaralanıb. Yaralıların 1/3-də çox ağır dərəcədə yanıq xəsarətləri var. 

Milli.Az AsiaOne-a istinadən bildirir ki, akvaparkdakı pirotexnikalarişə düşəndə partlayış baş verib, sonra yanğın başlanıb.
İlk əvvəl terror aktı olduğu deyilsə də, sonradan bəlli olub ki, partlayışla yanğının səbəbi qaranlıqda işıldayan və stroboskopların işığını əks etdirən xüsusi, rəngli tozdur.
Qısa qapanma nəticəsində bu toz alışıb və yanğın başlanıb. Sonra partlayış, sonda da güclü yanğın.
Sindey şəhərinin meri Erik Çju Lilun olayı şəhər tarixində ən ciddi insident adlandırıb.
Polis olayı araşdırır.

Aktual.az

 
Xəbər 1363 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR