Aİ-dən Ermənistana nüvə silahı xatırlatması

Aİ-dən Ermənistana nüvə silahı xatırlatması

Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin nümayəndəsi Mayya Kosyançiç Ermənistana nüvə silahının yayılmaması haqqında müqavilənin imzalanmasından sonra ölkənin üzərinə götürdüyü öhdəlikləri xatırladıb.

Aktual.az bildirir ki, M.Kosyançiç Trend-ə deyib ki, Aİ Ermənistanın nüvə silahının yayılmaması haqqında müqavilə üzrə sazişdən çıxması ilə bağlı məlumata malik deyil: "Ermənistan 1993-cü ildən nüvə silahının yayılmaması üzrə sazişin iştirakçısıdır, 1997-ci ildə isə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə sazişin yerinə yetirilməsi üzrə təminatlar haqqında əlavə protokol imzalayıb".

O əlavə edib ki, bu sazişin bütün iştirakçıları Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən mütəmadi yoxlamalardan keçirlər.

Xəbər 345 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR