“AGBank“ və “DəmirBank“ birləşəcək - Rəsmi

“AGBank“ və “DəmirBank“ birləşəcək   - Rəsmi

"AGBank" ASC və "DəmirBank" ASC konsolidasiya olunacaq.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu barədə açıqlamasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

E. Rüstəmov qeyd edib ki, artıq hər iki bank arasında konsolidasiya ilə bağlı ilkin protokol imzalanıb.

"Bu addım Azərbaycanın bank sektorunun sağlamlaşdırılması istiqamətində atılan addımlardan biridir", - deyə AMB sədri bildirib.

Yaxın perspektivdə hansısa bankın lisenziyasının ləğv olunması ilə bağlı suala cavab verən E. Rüstəmov bildirib ki, bu proses davam edəcək.

Xəbər 466 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR