“Adam siyasi ipləmədir...” - Rauf Arifoğludan İlqar Məmmədova yaylım atəşi

“Adam siyasi ipləmədir...” - Rauf Arifoğludan İlqar Məmmədova yaylım atəşi

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu İlqar Məmmədovu yıxıb-sürüyüb.

Aktual.az baş redaktorun yazısını təqdim edir.

***

Camaat ondan nə gözləyirdi, o nə etdi...

Məni dostluğundan çıxartdı.

İlqar Məmmədovun türmədən çıxandan bəri ən böyük ictimai-siyasi addımı budur.

Zati - möhtərəm haqqımda bu cümlələri ifadə edib: "İlham Əliyevdən orden-medal almış bütün siyasi şəxsləri sosial şəbəkədə friend siyahımdan çıxarıram. Rauf Arifoğludan başladım, "Yeni Müsavat" qəzetinin redaktorundan. Friendlərdən belələri varsa və mən hələ bilmirəmsə, bir zəhmət, özləri çıxsın."

Bu adamdan heç zaman normal bir şey gözləməmişəm. AMİP-də olanda da, sonra da. Adam bir siyasi ipləmədir. Onurğası sındırılmış, təəhhüd götürərək, siyasətdəki daha yekə Məmmədovun öhdəliyinə buraxılmış birisindən nə gözləmək olardı ki...

Amma məntiq və faktla baxdıqda, İlqar Məmmədov təmizləmə işinə türmədən çıxan kimi başlamalı idi. Və məndən, Facebook dostluğunda olan "medalçılar”dan deyil, ən yaxınında olanlardan, ona gerçəkdən və hərmənalı xəyanət edənlərdən... Onlara kameralar önündə sarılanda, mən onsuz da ona qiymət biçmişdim...

Onun üstündə haqqımız var. 5 il 6 ay ərzində "Yeni Müsavat" Allahın hər günündə ona dəstək oldu. Müxbirlərimiz, redaktorlarımız dəfələrlə Şəkiyə qədər, məhkəmələrinə gediblər. Ona xəyanət edən yaxınlarının acısını yaşadığı o əzablı günlərdə, hansında ki, məlumatları yeni almışdı və canı - ruhu acıyırdı, biz onun adını və əlini buraxmadıq. Əməkdaşımız Cavanşir Abbaslı mənim tapşırığımla bu illər ərzində hər gün onunla bağlı xəbər və müdafiə mətnləri hazırladı. Mən də bəzi müqavimətlərə, təhlükə və xəbərdarlıqlara baxmayaraq, israrla və son günə qədər onu müdafiə etdim.

Beləyəm. Darda olana hər zaman əl uzadaram, dayaq və dəstək olaram. Reklam etmədən, yaymadan, qarşıdakını əzmədən. Bir Allah bilsin, o da yetər.

Məsələn, Əli Kərimli bu yaxınlarda həbs olundu. İçəridən çıxana qədər, kənardan nə qədər yazı göndərilsə də, nə qədər qaralayıcı məlumatlar ötürülsə də, bir sətir də buraxmadım. Anbaan xəbərlərini yaydım. Bir cümlə də onu aşağılaya biləcək, ya da işini zorlaşdıracaq ifadə işlətmədim. Həbsini də doğru bulmadım və fikirlərimi gərəkən yerlərə söylədim. Yalnız çıxandan sonra deputat Elşən Musayevin (redaksiyanın deyil) bir yazısını buraxdım. Çünki daha darda deyildi, həyatına və azadlığına təhlükə yox idi. Üstəlik, adam o qədər kinli, o qədər qeyri-adekvat və Allahsızdır ki, onsuz da belə jestləri anlayacaq, dəyərləndirəcək halda da deyil. Bunlara nə geniş, bütün ölkəni əhatə edəcək ağıl, nə də zəka var...

İlqar Məmmədov Əli Kərimlinin yanındakı virtual militanlardan biri kimi şeydi. Zəka qohumudurlar, bunlar. Danışarlar, özlərini qızışdırarlar, qaz verərlər bir-birilərinə, sonra da "gəlirik”moduna girib, oradan heç çıxa bilməzlər.

Və İlqar Məmmədov həbsdən çıxanda Cavanşir yenə onun yanındaydı. İlqar və Xanımı ona və qəzetə minnətdarlıq edib, üstəlik, eksklüziv müsahibə də verib. Onlar hamısı arxivimizdə qalır.

Aylar keçib, Bəy birdən birə "feys”ini təmizləməyə qərar verib. İlk ağlına gələn də Rauf Arifoğlu olub. "Feys”ini pis göstərirəmmiş...

"Feys”in qara olsun, buynuzun qırılsın, sənin ağlını balla yesinlər, İlqar! Səni Allah silib, cəzanı da ömürlük kəsib. Heyfini məndən niyə çıxırsan ki?

Məşhur anektodda deyildiyi kimi, axı mən "heç orda olmamışam...”

Xəbər 2324 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR