ABŞ Rusiya ilə açıq savaşa girir - Dövlət Departamenti

ABŞ Rusiya ilə açıq savaşa girir  - Dövlət Departamenti

Vaşinqton Rusiya prezidenti Vladimir Putinin 40 milyardlıq sərvətinin korrupsiya yolu ilə əldə edildiyi barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasına münasibət bildirib.

Aktual.az xarici mətbuata istinadən xəbər verir ki, Ağ Evin sözçüsü Coş Ernest bildirib ki, bu, həm də Obama administrasiyasının mövqeydir: «ABŞ Maliyyə Nazirliyinin terrorizmlə mübarizə və maliyyə kəşfiyyatı idarəsinin rəhbəri Adam Şubinin Rusiya prezidentinin korrupsiyalaşması barədə açıqlamaları Ağ Evin mövqeyini ən uğurlu şəkildə əks etdirir".

ABŞ-ın Rusiya prezidentinə sanksiya tətbiq edib-etməyəcəyinə gəlincə, C.Ernest bunun Maliyyə Nazirliyinin qərarından asılı olduğunu bildirib.

Xatırladaq ki, BBC telekanalının məşhur «Panorama» verilişində «Putinin gizli sərvəti» adlı sənədli film nümayiş etdirilib. Yarım saatlıq filmdə Rusiya prezidenti Vladimir Putinin korrupsiya yolu ilə əldə etdiyi 40 milyardlıq sərvətdən bəhs olunur.

Putinin mətbuat katibi Dmitri Peskov BBC-nin bu filmini böhtan və uydurma adlandırıb.

// Aktual.az

Xəbər 8305 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR