"ABŞ-ın "demokratiya keşikçisi" maskası yırtıldı" -Fərid Şahbazlı


"Baş verən bu hadisə dünyaya demokratiya dərsi keçməyə cəhd edən ABŞ-da medianın durumunun, demokratiyanın səviyyəsinin hansı vəziyyətdə olduğunu açıq-aşkar ortaya qoyur".

Bu sözləri "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı ABŞ-ın Virciniya ştatında canlı yayım zamanı iki jurnalistin naməlum şəxs tərəfindən güllələnməsinə münasibətini bildirərkən deyib. F.Şahbazlı bildirib ki, yaşanan bu hadisədən sonra ABŞ-ın müxtəlif ölkələrə təzyiq etmək məqsədi ilə istifadə etdiyi "demokratiya keşikçisi" maskası tamamilə yırtıldı. Bundan sonra yaxşı olar ki, ABŞ başqa ölkələrin daxili işlərinə kobud şəkildə müdaxilə edərək, insan hüquqları, media azadlıqları müdafiəçisi görüntüsü yaratmaqdansa, öz ölkəsində bu sahədə olan ciddi probemlərin həllinə çalışsın".

Birlik sədrinin sözlərinə görə, müxtəlif beynəlxalq təşkilatların, insan hüquqları qurumlarının ABŞ-da baş verən bu hadisəyə biganə qalması onların əsl mahiyyətini növbəti dəfə ortaya qoydu: "Azərbaycanda baş verən hər hansı xırda hadisədən siyasi şou təşkil edən və bundan ölkəmizə qarşı istifadə etməyə çalışan məlum beynəlxalq dairələrin bu hadisə ilə bağlı susması həmin qüvvələrin hər zaman dövlətimizə qarşı qərəzli və məqsədli bir kampaniya apardığının növbəti təzahürüdür".

/ Aktual.az

Xəbər 1860 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR