ABŞ-ın Azərbaycandakı səfirliyi bu gün işləməyəcək

ABŞ-ın Azərbaycandakı səfirliyi bu gün işləməyəcək

ABŞ-ın Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək.
Aktual.az xəbər verir ki, buna səbəb amerikalıların Anım Gününü (Memorial Day) qeyd etməsidir.
"Hər il amerikalılar Anım Günündə (Memorial Day) ABŞ Silahlı Qüvvələrində xidmət keçərkən həyatını qurban vermiş qəhrəman qadın və kişiləri ehtiramla yad edirlər. Amerika müstəqilliyinin 250 illiyini qeyd etdiyi bir dövrdə biz azadlıq, sülh və bizi birləşdirən dəyərlər uğrunda canından keçən insanları minnətdarlıqla xatırlayırıq. Onların fədakarlığı heç vaxt unudulmayacaq. Nəzərinizə çatdırırıq ki, ABŞ səfirliyi bayram münasibətilə mayın 25-i, bazar ertəsi günü bağlı olacaq", - səfirliyin paylaşımında vurğulanıb.
Xatırladaq ki, Anım Günü (Memorial Day) ABŞ-də hərbi xidmət zamanı həyatını itirən kişilərin və qadınların xatirəsinə həsr edilmiş və may ayının son bazar ertəsi günü keçirilən Amerika bayramıdır. Bir çox amerikalı Anım Günündə qəbiristanlıqları və abidələri ziyarət edir, ailələri ilə birgə toplaşaraq paradlarda iştirak edir.
ABŞ şəhərləri hər il tez-tez hərbi heyətin və veteran təşkilatlarının birgə iştirakı ilə Anım Gününün şərəfinə paradlar keçirirlər.
Xəbər 37 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR