ABŞ əleyhinə layihə müzakirəyə çıxarılır

ABŞ əleyhinə layihə müzakirəyə çıxarılır

Bu gün millət vəkili Rövşən Rzayev ABŞ əleyhinə hazırladığı “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsi ilə bağlı parlamentdə çıxış edəcək.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, millət vəkili bildirib ki, bugünkü iclasda spiker Oqtay Əsədova qanun layihəsi ilə bağlı prosedur qaydalarına uyğun göstəriş verməsi üçün müraciət edəcək.

“Milli Məclisin plenar iclasında yeni hazırladığım qanun layihəsi ilə bağlı çıxış edəcəyəm. Milli Məclisin spikeri Oqtay Əsədova müraciət edəcəm ki, qanun layihəsi ilə bağlı müvafiq göstəriş versin və bundan sonra hazırladığım qanun layihəsinin komitələrdə müzakirə edilməsinə başlanılacaq”.

Qeyd edək ki, ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit Azərbaycanın yüksək vəzifəli məmurlarına sanksiyalar tətbiq olunmasını nəzərdə tutan qanun layihəsi hazırlayaraq, Konqresə təqdim edib. “Azərbaycan Demokratiya aktı” adlı sənəd Milli Məclisin son iclasında da sərt şəkildə tənqid edilib.

Xəbər 467 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR