ABŞ-da koronavirusdan ölənlərin sayı 6 mini keçdi

ABŞ-da koronavirusdan ölənlərin sayı 6 mini keçdi

ABŞ-da koronavirusdan 6 053 nəfər ölüb.

  Aktual.az "Report”a istinadən xəbər verir ki, məlumatı Cons Xopkins Universiteti yayıb.
Bildirilib ki, virusa yoluxanların sayı isə 245 500-ə çatıb. İnfeksiyanın ən çox qurbanı Nyu-Yorkda olub – 1 562 nəfər.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 204 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 016 000-i ötüb. Bunların 213 131 nəfəri sağalıb, 53 237 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər 274 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR