ABŞ-da hərbi bazadan 1 milyon dollarlıq silah-sursat oğurlandı

ABŞ-da hərbi bazadan 1 milyon dollarlıq silah-sursat oğurlandı
  • DÜNYA

ABŞ-ın Kentukki ştatında "Fort-Kempbell” hərbi bazasının anbarlarından 1 milyon dollar məbləğində silah-sursat oğurlanıb.

Publika.az xəbər verir ki, oğurlanan silah-sursatın bir qismi "qara bazarda”, qalanı isə "eBay” vasitəsi ilə satılıb.
Məlumata əsasən, müxtəlif silah və avadanlıqlar Rusiya, Çin, Meksika, Honkonq, Qazaxıstan və Ukraynada sahibini tapıb.
Anbarlardan oğurlananlar arasında pulemyot və tüfənglər, gülləkeçirməyən zirehli gödəkçələr (bronejilet), dəbilqələr, optik nişangahlar, generatorlar, tibbi avadanlıqlar və s. olub.
Hadisə ilə əlaqədar saxlanılan 6 hərbçi və 1 mülki şəxs cinayəti törətdiklərini etiraf edib, istintaqla əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.
 
Aktual.az
Xəbər 331 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR