ABŞ-da bir gün ərzində koronavirusdan minlərlə insan öldü

ABŞ-da bir gün ərzində koronavirusdan minlərlə insan öldü

ABŞ-da son bir gün ərzində 3,3 mindən çox insan koronavirusun qurbanı olub.

"Report”un məlumatına görə, bu barədə yerli və federal orqanların statistikası əsasında hesablamalara istinadən Con Hopkins Universiteti bildirib.
Universitetin məlumatına görə, son gün ərzində ölüm hallarının sayı 3 332 təşkil edib. Bir gün əvvəl bu rəqəm 2 139 olub. ABŞ-da ümumilikdə 51 017 nəfər koronavirusun qurbanı olub.
Birləşmiş Ştatlarda koronavirusa yoluxma hallarının ümumi sayı 890 524təşkil edir. Son gün ərzində daha 28 819 yeni yoluxma aşkarlanıb.
ABŞ COVID-19 infeksiyasına yoluxma və ölüm hallarının sayına görə dünya ölkələri arasında liderdir.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər 510 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR