Abbas Abbasovun deputat oğlundan seçki açıqlaması

Abbas Abbasovun deputat oğlundan seçki açıqlaması

Aydın Abbasov: “Zamanı gələndə qərar veriləcək”

Baş nazirini sabiq birinci müavini Abbas Abbasovun Rusiyada fəaliyyəti həm orada yaşayan Azərbaycan diasporunun təmsilçiləri, həm iqtidar mənsubları tərəfindən birmənalı qarşılanmır.

Rusiyada fəaliyyət göstərən Azərbaycan diaporunun təmsilçiləri Abbas Abbasovu bölücülük fəaliyyətində ittiham edərək, onun rəhbərliyi altında işləməkdən imtina etdilər.

Belə bir vəziyyət ötən seçkilərdə parlamentə mandat qazanmış oğlu Aydın Abbasovun da seçkilərdə iştirak etməyəcəyinə dair qənaəti möhkəmləndirir.

Aktual.az Aydın Abbasovun özünə müraciət edərək, ondan seçkilərdə iştirak edib-etməyəcəyinə dair münasibət öyrənib.

Portalımıza açıqlamasında millət vəkili bildirib ki, zamanı gələndə qərar verəcək: “Mən artıq mətbuata öz sözümü demişəm”.

“Bəs bu zaman nə vaxt olacaq? Artıq seçki prosesinə start verilib. Sizdə bitərəf namizəd kimi parlamentdə təmsil olunursuz” sualına cavabında A.Abbasov bildirib ki, tələsməyə ehtiyac yoxdur.

Adnan/Aktual.az

Xəbər 5786 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR