90 km/saat sürət limiti olan maşın 104 km/saat sürətlə radara düşdü(VİDEO)

90 km/saat sürət limiti olan maşın 104 km/saat sürətlə radara düşdü(VİDEO)

Sürət limiti 90 kilometr saat olan yük avtomobilinə 104 kilometr saat sürəti aşması barədə cərimə gəlib. Sürücü isə iddia edir ki, onun avtomobilində bu mümkün ola bilməz. Sürət həddini aşdığına görə təyin edilən cərimə məbləği isə artmaqdadır. Baş dövlət yol polisi idarəsində isə sürücü ilə bağlı araşdırma aparılarkən maraqlı məqamlar ortaya çıxıb.
Yük maşını saatda 90 kilometr sürətlə getdiyi yolda, 104 kilometr sürətlə radara düşüb.
Hadisə Bakı-Qazax magistralının 340-cı kilometrliyində Gəncə şəhərinə yük aparan Malik Hümbətovun başına gəlib. Sürücü iddia edir ki, onun maşınında sürət həddi maksimum 90 kilometr saat müəyyən edilib. O, istəsə də bu sürəti keçə bilməz.


Yük daşıma ilə məşğul olan Malik Hümbətov deyir ki, bölgələrə ərzaq aparır. İşlədiyi şirkət isə bütün yük avtomobillərinin sürət həddini 90 kilometr saatla məhdudlaşdırıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. İdarənin şöbə rəisi Kamran Əliyev bildirdi ki, həmin sürücü ilə bağlı idarədə araşdırma aparılarkən xüsusi texniki vasitələrlə qeydə alınan video görüntülərin, həmin sürücünün kobud qayda pozuntusunu ortaya çıxarıb.

O bildirdi ki, sürücü ötmə əməliyyatı edərkən qaydaları kobud şəkildə pozub. Həmin yolda sürət həddi 90 km/saat olduğu halda sürücü 104 km/ saaatla hərəkət edir. Kamran Əliyev bildirdi ki, bununla belə sürücü elektron qaydada onlara müraciət edə bilər.


Xəbər 260 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR