700 bal toplayan niyə yoxdur? - DİM sədri səbəbini etiraf etdi

700 bal toplayan niyə yoxdur? - DİM sədri səbəbini etiraf etdi

Ali məktəblərə qəbul imtahanlarının birinci cəhdində heç bir abituriyentin maksimum nəticə (700 bal) toplaya bilməməsinə aydınlıq gətirilib.

Aktual.az xəbr verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə açıqlama verib:
 
"699 bal toplayanla 700 bal toplayan eyni səviyyədə olan uşaqlardır. Ümumiyyətlə, 600, 650 baldan yuxarı nəticə göstərən uşaqlar arasında pedoqoji cəhətdən heç bir fərq yoxdur. Ola bilər ki, hansısa bir materialla əlaqədar nəyisə bilməyib və ya səhv buraxıblar. Bununla əlaqədar maksimum nəticə olmayıb. Biz burada heç bir problem görmürük. Problem orta statistik abituriyentin nəticəsinin aşağı olmasıdır".

Məleykə Abbaszadə deyib ki, çətin suallara 25-30 faiz kontingent cavab verirsə, deməli suallar işləyir:

"Onsuz da bu suallar hər kəsin cavab verə bilməsi üçün nəzərdə tutulmayıb".
Xəbər 5584 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR