370 erməni Qarabağdan qaçıb

370 erməni Qarabağdan qaçıb

Cəbhədəki dördgünlük müharibədən sonra ermənilər Azərbaycanın işğal altında olan Talış kəndini tərk etməyə başlayıb. Məlum olub ki, 370 nəfərdən çox erməni, ümumilikdə 90 ailə Talış kəndindən Ermənistana qaçıb.

AzVision.az `lragir.am` saytına istinadən xəbər verir ki, bu haqda Talış kəndindəki erməni icmasının əlaqələndiricisi Slava Bayunst bildirib. Onun sözlərinə görə, problemin həlli üçün onlar Ermənistan hökumətinə məktubla müraciət ediblər.

“Aprelin 20-dək Talışda yaşayan ermənilərin sosial və məişət problemlərin həlli üçün heç kim ciddi bir iş görməyib. Bizə qan, təqaüdlərin vaxtında köçürülməsi, işlə təmin olunmaq lazımdır. Mənzilimiz yoxdur. Gündəlik tələbat mallarından isə danışmağa dəyməz. Kənd sakinlərini öz əşyalarını satmaqla dolanmaq ümidinə qoyublar. Yazda səpin işləri üçün banklardan kredit götürmüşük. Oradan gələn 5-10 ailə Ermənistanın bölgələrində ev ala bilər. Qalan ailələrin özlərini təmin etməyə imkanları yoxdur”.

Slava Bayunst qeyd edib ki, hazırda 12 ailə İrəvana köçərək qohumlarının evinə yerləşib: “Hökümət bizə soz verib. Lakin deyirlər ki, Suriyada yaşayan ermənilər gələndən sonra İrəvandakı yataqxanalarda yer qalmayıb”.

Qeyd edək ki, Talış kəndi Tərtər rayonunun inzibati ərazi vahidinə daxildir.

Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR