36 yaşlı Xatirə İslam: "Hələ də "pampers" dəyişirəm"

36 yaşlı Xatirə İslam:

Hər kəsə bəllidir ki, məşhur müğənni Xatirə İslam gec ailə quran xanım sənətçilərdəndir. İfaçı nikaha daxil olan zaman onun bu izdivacına şübhə ilə yanaşanlar kifayət qədər idi. Hətta Xatirənin bir neçə ay sonra ayrılacağını proqnoz edənlər də var idi.

Aktual.az bildirir ki, primetime.az-a açıqlama verən xanım sənətçi onun ailəsini "saxta" hesab edənlərə səsləndi: "Qurduğum ailəyə ciddi baxmayanlar arasında tanıdığım insanlar da az deyildi. Neçə dəfə bu cür söhbətlərin şahidi olmuşam. Ailə qurmaq xətrinə ərə getmək istəsəydim, bunu çoxdan edərdim. Övladım da bu gün məktəbə gedərdi. Amma mən o həyatı seçmədim. Baxıram öz yaşıdlarıma, görürəm ki, övladları məktəbi bitirmək üzrədir. Mən 36 yaşındayam və hələ də "pampers" dəyişirəm. Fikirləşirəm ki, görəsən, oğlum Emilin universitetə getməyini, ailə qurmağını görmək qismətim olacaq?"

İfaçı qeyd edir ki, onun bu açıqlaması oxucularda fikir ayrılığı yaratmasın. Xatirə İslam erkən ailə qurmağın əleyhinədir. Onun fikrincə, hər şey öz zamanında gözəldir: "17 yaşında da qız ərə gedib ailə qurar? Hər bir insan mütləq şəkildə yeniyetməlik, gənclik həyatını yaşamalıdır. Gərək nə tələsəsən, nə də gecikəsən".

// Aktual.az

Xəbər 4185 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR