Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində irəlilədi
  • İDMAN

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.

Aktual.az xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkün olub.

Qalibiyyət sayəsində ölkənin aktivinə 0,500 əmsal əlavə olunub. Azərbaycan (24,187) hazırda reytinqdə 24-cü sıradadır. 25-ci mövqedə İsrail (24,125), 23-cü yerdə Ukrayna (24,337) qərarlaşıb.

Xatırladaq ki, UEFA reytinqində İngiltərə (104,019) liderdir.
Xəbər 26 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR