İnfantino heç vaxt belə bir şey görmədiyini dedi – AFFA rəsmisi

İnfantino heç vaxt belə bir şey görmədiyini dedi – AFFA rəsmisi
  • İDMAN

İki ay əvvəl burada vəziyyət tamamilə fərqli idi. Demək olar ki, bura səhra kimi idi. Lakin bu gün artıq FİFA-nın bütün standartlarına cavab verən on meydança inşa edilib. Bu layihəyə böyük əmək sərf olunub.

Aktual.az azerisport.com-a istinadla xəbər verir ki, bunu AFFA baş katibinin müşaviri Ramazan Səmədov Hövsandakı yeni futbol kompleksində tikinti işləri barədə danışarkən deyib.

"Bu meydançalar gələcəkdə uşaq-gənclər futbolunun inkişafına töhfə verəcək. Canni İnfantino (FİFA-nın prezidenti – red) son səfəri zamanı qeyd etdi ki, o, bu qədər qısa müddətdə belə yüksək keyfiyyətə nail olunmasını əvvəllər heç vaxt görməyib. Meydançalardan ikisi 100 tamaşaçı tutumlu tribunalarla təchiz olunacaq, digərləri isə 50-dən bir qədər çox tamaşaçı tutumuna malik olacaq. FİFA bunu tələb etmirdi, lakin biz yenə də belə etməyə qərar verdik", - R. Səmədov bildirib.
Xəbər 56 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR