Bakıda daha bir küçə təmirə bağlanır

Bakıda daha bir küçə təmirə bağlanır

Bu gündən etibarən paytaxtın Nizami rayonu, Musa Əliyev küçəsinin bir hissəsində (Q.Qarayev pr-dən 8-ci km bazarınadək) təmir işlərinə başlanılacaq.
Bu barədə Aktual.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Təmir müddətində işlərin gedişinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə qismən və ya tam məhdudlaşdırılacaq.
Sürücülərə aparılan işlərə anlayışla yanaşmaq, səfərlərini əvvəlcədən planlaşdırmaq və mümkün olduqda alternativ yollardan istifadə etmək tövsiyə olunur.
Xəbər 64 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR