Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Aktual.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,5 ABŞ dolları və ya 0,45% artaraq 110,48 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 109,98 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində "Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xəbər 51 dəfə oxunub.