ABŞ-da bir gündə 1 997 nəfər koronavirusdan öldü

ABŞ-da bir gündə 1 997 nəfər koronavirusdan öldü

ABŞ-da son 24 saat ərzində 2 minə yaxın insan koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişib, 26 889nəfərdə COVID-19 infeksiyası aşkarlanıb.

"Report”un məlumatına görə, bu barədə federal və yerli statistika, həmçinin başqa məlumatlar əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.
Qeyd olunub ki, bir gündə Amerikada 1 997 pandemiyanın qurbanı olub. Bununla da yeni növ koronavirusdan ölənlərin sayı 40,6 mini ötüb.
Koronavirus daşıyıcısı olan şəxslərin sayı 759 minə çatıb, 70 minə yaxın ölkə vətəndaşı müalicə alaraq sağalıb. 
Xəbər 284 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR