Rusiya prezidenti İranda səfərdədir

Rusiya prezidenti İranda səfərdədir
  • DÜNYA

 Rusiya prezidenti Vladimir Putin İranda səfərdədir. 


"Report”un "TASS”a istinadən verdiyi xəbərə görə, o, Tehranda Suriyadakı böhranla bağlı keçiriləcək İran-Türkiyə-Rusiya üçtərəfli zirvə görüşündə iştirak edəcək.

Görüşdə İdlib əyalətindəki vəziyyətə, habelə Suriya hökumətinin guya kimyəvi silah tətbiqi ilə bağlı gözlənilən təxribatlar məsələsinə daha çox diqqət yetiriləcək.

Sammitin proqramına əsasən, hər üç dövlət başçısının mətbuata birgə bəyanatlarından sonra qapalı danışıqlar aparılacaq. Daha sonra prezidentlər Həsən Ruhani, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin birgə yekun bəyanatı qəbul olunacaq. 

Qeyd edək ki, V.Putin R.T.Ərdoğan, H.Ruhani, İranın ali rəhbəri, ayətullah Xamenei ilə ayrı-ayrı görüşlər keçirəcək.

 
Aktual.az
Xəbər 320 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR