Çaylarda suyun səviyyəsi azalır

Çaylarda suyun səviyyəsi azalır

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-50, Kiçik Qafqazın çaylarında 10-50, Lənkəran-Astara bölgəsi və Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.

Bu barədə Aktual.az-a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 68 m3/s olmaqla ongünlük normanın 44 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 96 m3/s olmaqla ongünlük normanın 63 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 13 m3/s olmaqla, ongünlük normanın 15 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 98 m3/s təşkil edərək ongünlük normanın 113 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqəsində 4, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma, Salyanda 3, Bankədə 15 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 346 sm (2016-cı il iyulun 31-də 372 sm), Şirvanda 203 sm, Salyanda 136 sm (2016-cı il iyulun 31-də 145 sm), Bankədə 196 sm (2016-cı il iyulun 31-də 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2016-cı il iyulun 31-də 83 sm) təşkil edir.
 
Aktual.az
Xəbər 164 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR