Gömrükdə telefon əməliyyatı

Gömrükdə telefon əməliyyatı

"Sınıq Körpü" gömrük postunda gömrük orqanına bəyan edilməyən telefonlar aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Aktual.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı nəqliyyat vasityəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsindəki sərnişinin çantasından gömrük orqanına bəyan edilməyən 3 ədəd "Samsung Galaxy J1", 4 ədəd "Samsung Galaxy J1 mini Prime", 9 ədəd "Samsung Galaxy J1 Ace", 5 ədəd "Samsung Galaxy J2", 2 ədəd "Samsung Galaxy J3" markalı, ümumilikdə 23 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 205 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR