Bakıya yeni avtobuslar gətiriləcək

Bakıya yeni avtobuslar gətiriləcək

"Bakıda marşrut avtobuslarının yenilənməsi prosesi davam edəcək".

Aktual.az  Trend-ə istinadən bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov deyib.

Onun sözlərinə görə, bu məqsədlə sentyabr ayında Bakıya 50-dən artıq yeni marşrut avtobusu gətiriləcək.

M.Abbasov qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi yararsız avtobusları istismara buraxmayacaq: "Yol qəzalarının əksəriyyəti istismara yararsız olan nəqliyyat vasitələrinə görə baş verir. Standartlara cavab verməyən marşrut avtobusları xətlərdən yığışdırılacaq".

Xəbər 374 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR