Prezident yol tikintisinə pul ayırdı

Prezident yol tikintisinə pul ayırdı

Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Aktual.az xəbər verir ki, Sərəncama əsasən, 62 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 3 milyon manat ayrılıb.


Maliyyə Nazirliyinə və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə bu Sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər 421 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR