Yol polisindən sürücülərə - Xəbərdarlıq

Yol polisindən sürücülərə    - Xəbərdarlıq

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdindəki cərimə meydançalarında nəqliyyat vasitələrinin saxlanması qiymətləri dəyişib. 

Aktual.az Anspress-ə istinadən xəbər verir ki, tarif (qiymət) Şurasının qərarına əsasən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdindəki cərimə meydançalarında nəqliyyat vasitələrinin 1 gün üçün saxlanması xidmətlərinin tarifləri nəqliyyat vasitəsinin çəkisi 3,5 tonadək olduqda 1 manat, 3,5 tondan 10 tonadək olduqda 2 manat, 10 tondan artıq olduqda isə 3 manat müəyyən edilib.


Cərimə meydançalarında nəqliyyat vasitələrinin saxlanması qiyməti

Tarif (qiymət) Şurasının iclasında həmçinin hava nəqliyyatı ilə Gəncə-Naxçıvan reysi üzrə sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi 60 manat səviyyəsində təsdiq edilib. Yeni tariflər bu gündən qüvvəyə minir.

Xəbər 730 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR