“Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib”

“Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib”

“Azərbaycanda iqtidarla xalq arasında möhkəm birlik var”.


 

Bunu Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Bakıda keçirilən ümumxalq şənliyində çıxışı zamanı deyib.

 

Bir neçə gün əvvəl təməli qoyulan TANAP layihəsindən söz açan prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib: “Azərbaycanda hasil olunan qaz dünya və Avropa üçün böyük əhəmiyyət daşıyır. Görülən işlər Azərbaycanın geosiyasi əhəmiyyətini də artırır”.

 

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın yürütdüyü siyasət ədalətlidir: “Azərbaycan bu gün dünya miqyasında nümunəvi ölkə kimi tanınır. Bakının inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlər bu gün paytaxtımızı dünya miqyaslı şəhərə çevirib”.(APA) 


Xəbər 744 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR