"2" almış məzunların çoxu bu rayondandırlar - SİYAHI


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən bu il 9 və 11-ci siniflər üzrə keçirilən imtahanların nəticələrinə əsasən, 36 min şagird Ana dilindən, 42 mindən çox şagird Riyaziyyatdan "2" qiyməti alıb. 

IX sinif şagirdləri arasında Ana dili fənnindən 20 911 nəfər (20,06 %) "2", Riyaziyyat fənnindən 26 438 nəfər (25,31 %) "2" qiyməti alıb.

XI sinif şagirdləri arasında isə Ana dili fənnindən 15 486 nəfər (18,34 %) "2", Riyaziyyat fənnindən 16 038 nəfər (18.96 %) "2" qiyməti alıb. 

Aktual.az bildirir ki, TQDK-nın mətbuat xidmətindən azvision.az-a verilən məlumata görə, məzunları Ana dili və Riyaziyyatdan ən çox "2" alan 5 şəhər və rayonların adları müəyyən edilib.

Belə ki, 9-cu siniflər üzrə Ana dilindən Cəlilabad, Kürdəmir, Sabirabad, İmişli, Yardımlı rayonlarının məzunları, Riyaziyyatdan isə Daşkəsən, Cəlilabad, Kürdəmir, Sabirabad, Tərtər rayonlarının məzunları "2" qiyməti alıblar.

11-ci siniflər üzrə Ana dilindən Sabirabad, Ağcəbədi, Daşkəsən, Kürdəmir, Ağsu rayonlarının məzunları, Riyaziyyatdan isə Sabirabad, Ağcəbədi, Daşkəsən, İmişli, Hacıqabul rayonlarının məzunları "2" qiyməti alıb. 

Xəbər 670 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR