18 yaşlı futbolçuya 80 milyon avro

18 yaşlı futbolçuya 80 milyon avro
  • İDMAN

"Benfika" gənc futbolçusu Renatonun qiymətini müəyyənləşdirib.

Aktual.az fanat.az-a istinadən xəbər verir ki, Portuqaliya klubu 18 yaşlı yarımmüdafiəçiyə 80 milyon avro qiymət qoyub.

Portuqaliyalı futbolçu 18 yaşında olsa da, artıq "Real", "Barselona", "Mançester Yunayted", "Bavariya" kimi klublar ona elçi düşüb. Əvvəlcə onun müqaviləsinə "başqa kluba keçmək üçün 30 milyon avro ödənməlidir" maddəsi salınmışdı. Bir müddət əvvəl bu məbləğ 45 milyona qaldırılmışdı. İndi isə 80 milyonadək artırılıb. Bununla da Renato Portuqaliya çempionatının ən bahalı oyunçusuna çevrilib.

Xəbər 549 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR