14 yaşlı qız ona təcavüz edənlə ailə qurur

14 yaşlı qız ona təcavüz edənlə ailə qurur

Türkiyədə təcavüz etdiyi qızla evlənmək istədiyini deyən Ali Berkan sərbəst buraxılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcavüz hadisəsi ötən il baş verib. Ali Berkan 14 yaşlı M.A. adlı qıza binanın çardağında təcavüz edib. O, daha sonra polis tərəfindən saxlanılaraq məhkəməyə çıxarılıb. Məhkəmənin qərarına əsasən Aliyə 25 illik həbs cəzası verilib.

Lakin Ali məhkəmədə özünü müdafiə etmək və həbsdən qurtulmaq üçün qızla evlənmək istədiyini söyləyib. Qızın valideynləri şikayətini geri götürüblər. Nəticədə o, məhkəmənin də qərarı ilə azadlığa buraxılıb.

Xəbər 1752 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR