13 minə yaxın sərxoş sürücü cəzalandırıldı

13 minə yaxın sərxoş sürücü cəzalandırıldı

Ötən il ərzində respublika ərazisində 2006 yol nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 759 nəfər həlak olub, 2003 nəfər yaralanıb. 2015-ci illə müqayisədə yol nəqliyyat hadisəsinin sayı 214 fakt (9,6 %), həlak olanların sayı 135 nəfər (15 %), yaralananların sayı isə 262 nəfər (11,6 %) azalıb.

Baş Dövlət Yol Polisi İdarəsindən  verilən məlumata görə, Bakı şəhəri ərazisində 684 yol nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 192 nəfər həlak olub, 691 nəfər yaralanıb. 2015-ci illə müqayisədə yol nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 113 fakt (14,2 %), 37 nəfər (16,2 %) və 159 nəfər (18,7 %) azalıb.

Respublika üzrə qeydə alınmış YNH-nin 95,2 %-i (1910) sürücülərin YHQ pozmaları, o cümlədən 38,1 %-i (764) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 22,6 %-i (453) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,8 %-i (257) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,7 %-i (34) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. YNH-nin 44 %-ni (882) piyadaların vurulması təşkil edib, nəticədə 319 piyada həlak olub, 643-ü yaralanıb. 59 YNH-i piyadaların YHQ pozmaları nəticəsində baş verib. Respublika üzrə qeydə alınmış YNH-i nəticəsində 53 nəfər uşaq və yeniyetmə həlak olub, 186 nəfər yaralanıb. Ümumiyyətlə qeydə alınmış YNH-i nəticəsində həlak olub, 759 nəfərdən 583-nü kişilər, 176-ni qadınlar, xəsarət almış 2003 nəfərdən isə 1414-nü kişilər, 589-nu qadınlar təşkil edib.

2016-cı il ərzində Azərbaycanda 2.861.880 yol hərəkəti qaydalarının pozuntusu baş verib.

Bildirilib ki, ötən il nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 12.858, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 1.429.784, ötmə, manevr və qarşıdan gələn nəqliyyatın yoluna çıxma qaydalarının pozulması üzrə 147.498, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 131.663, svetoforun qadağanedici siqnallarının pozulması üzrə 68.998, sərnişin daşıma qaydalarının pozulması üzrə 7.157 fakt aşkar edilib. Yol hərəkəti qaydalarının pozuntusuna görə 8.111 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.
İl ərzində baş idarəyə 280 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub ki, onlardan 227-si tapılıb.
 
Aktual.az
Xəbər 468 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR