11 nəfərin zəhərlənməsinə görə araşdırma başladıldı

11 nəfərin zəhərlənməsinə görə araşdırma başladıldı

11 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqda araşdırma aparılır.

Bu barədə Aktual.az-ın sorğusuna cavab olaraq, baş Prokurorluqdan bildirilib.

"29 sentyabr 2026-cı il tarixində Cəlilabad rayonunun Uzuntəpə kəndində keçirilən mərasimində 11 nəfərin qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Biləsuvar rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, həmin şəxslər ambulator müayinədən keçirildikdən sonra evə buraxılıb",-deyə Baş Prokurorluqdan qeyd edilib.
Xəbər 32 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR