1000 məntəqəyə veb-kamera quraşdırılıb

1000 məntəqəyə veb-kamera quraşdırılıb

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və Rabitə və yüksək Texnologiyalar naziri Əli Abbasov, müavini İltimas Məmmədov MSK-da yaradılan “veb-kamera”lara texniki nəzarət mərkəzində olublar.

Aktual.az xəbər verir ki, Rabitə və yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədov bildirilib ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün məntəqə seçki komissiyalarında quraşdırılan veb-kameralar tam hazır vəziyyətdədir.

Onun sözlərinə görə, seçki məntəqələrində səsverməni internet vasitəsilə izləmək mümkün olacaq:

“İnternet vasitəsilə MSK-nın saytına daxil olmaqla seçkini izləmək olar. Əvvəllər hər hansı proqramların yüklənməsi lazım idisə, indi buna ehtiyac olmayaq. 124 seçki dairəsini əhatə edən veb-kameralar seçki məntəqələrinin 20 faizini təşkil edir, bu da 1000 məntəqə deməkdir. Veb-kameralar quraşdırılan məntəqələrdən informasiyasının ötürülməsi üçün yüksək parametrli xəttlərin ayrılması ilə şəbəkə yaradılıb”.

İ.Məmmədov qeyd edib ki, 5415 məntəqədə telefonlaşma işi yekunlaşdırılıb.

Xəbər 542 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR