100-dən çox həkim tutuldu - İstanbulda əməliyyat

100-dən çox həkim tutuldu   - İstanbulda əməliyyat

İstanbul polisi 32 bölgədə eyni vaxtda əməliyyat keçirib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatlar zamanı xeyli sayda insan tutulub.

Saxlanılanlar arasında Diyarbakır Dicle Universitetinin professoru və 100-dən çox həkim, əczaçı var.

Əməliyyatın keçirilməsinə səbəb həkimlərin terrorçulara dəstək verməsi olub. Məlum olub ki, terrorçular onlardan aldıqları dərman vasitələrindən partlayıcı maddə hazırlayırmış.

Bundan başqa şübhəlilərin saxta resept yazdıqları da məlum oldu. Bununla da Sosial Müdafiə Fonduna (SGK) milyonlarla ziyan vurulması faktı ortaya çıxıb.

Düzəldilən saxta dərmanlar Suriya və İraqa göndərilirmiş. Həmin dərmanları terrorçu PKK qazanc əldə etmək məqsədi ilə Suriya və İraqda xərçəng də daxil olmaqla çətin müalicə olunan xəstəliklərdən əziyyət çəkənlərə satırmışlar.

Xəbər 565 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR