Xalq artisti: "Həyat yoldaşım məni qısqanırdı"

Xalq artisti:

Çox dalaşqan insan olmuşam. Hər şeyə görə dava edirdim. Oğlum mənə oxşamayıb.


Aktual.az-ın Axşam.az-a istinadən  məlumatına görə, bu sözləri xalq artisti Arif Babayev deyib.

"Yoldaş Rövşanə" verilişinin qonağı olan muğam ifaçısı ailəsindən bəhs edib:

"İki qızım, bir oğlum var. Övladlarımı oxutmuşam, yerbəyer etmişəm. Altı nəvəm var, biri ailəlidir. Ailədə çətinliyim olmayıb. Gözəl həyat yoldaşım, övladlarım var.

Cavan vaxtlarımızda həyat yoldaşım məni qısqanırdı. Xanım ola, həyat yoldaşını qısqanmaya? O vaxtlar tamaşalarıma gəlib, məni izləyirdi. Tez-tez istirahətə gedir, Qaxda dincəlir".

Qarabağdan danışan A.Babayev "Orada çox yaxşı evlər tikdirmişdim. Elə düşünürdüm ki, sonum orada olacaq. Torpağım üçün çox darıxıram" deyə, bildirib.

Muğam ifaçısı Allahdan dilədiyi arzusunu da dilə gətirib:

"Allahdan tək istəyim yatağa düşməyim, əllərdə qalmayım. Ən əzizimin, məndən ötrü ürəyi gedən balalarımın da əlinə düşməyim. Ölümdən qorxmuram. Şərəfli ölüm yaxşıdır. Elə adamlar var ki, dünyasını dəyişir, arxasınca nələr deyirlər. Ən pisi budur. İnsana rəhmət qalır, gərək bunu qazanasan".

Xəbər 1054 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR