Tanrı yatır içimdə! - Əli Hacı

Tanrı yatır içimdə!  - Əli Hacı

Kim örtəcək üstümə
qışın soyuq qarını?!
bir hava çal, oynayım
unutmaqçün ağrımı.

boran gəlir, qar yağır
içimə bu istidə.
dədəm gedib dərd qoyub,
anam yoxdu isidə.

qapım açıq, ay döyən
sevinsin boş əllərin.
üzə bağli olana-
mənim sərxoş əllərim…

soyuq düşdü gecəmə
sabahım qar içində…
nəfəsi al, səs salma
Tanrı yatır içimdə!…

Xəbər 986 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR