"Seçki şəffaf və aktiv keçir" - Ramiz Mehdiyev


"Prezident seçkiləri şəffaf və aktiv keçir".

"Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.
Onun sözlərinə görə, indiyədək seçicilərin 70 fazi səs verib.
"Azərbaycan son 15 ildə sürətlə inkişaf edib, böyük nailiyyətlər əldə edib. Azərbaycan beynəlxalq səviyyədə tanınıb. Azərbaycanda iqtisadiyyat və sosial sahədə bir çox prloblemlər həllini tapıb. Ona görə də seçicilərin yüksək səviyyədə seçkilərə gəlməsi təbiidir", - deyə, R.Mehdiyev vurğulayıb.
Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir.
 
Aktual.az
Xəbər 584 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR